Ödəniş təşkilatının direktoru dəyişdirildi
Ödəniş təşkilatı “Fizza Pay” MMC-nin (fpay.az) direktoru dəyişdirilib.
Məlumata görə, Azad Dursunov Nizami oğlu direktor təyin edilib.
O bu vəzifədə Mirzəməmmədli Orxan Kamran oğlunu əvəz edib.
Azad Dursunov “BOSS GROUP” MMC-nin təsisçisidir.
Xatırladaq ki, “Fizza Pay” 2019-cu ildə təsis edilib və 645 100 manat nizamnamə kapitalı var. Şirkət Mərkəzi Bank tərəfindən 2024-cü ildə lisenziya alıb. Onun lisenziyasında ödəniş əməliyyatının ekvayrinqi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti ehtiva edir.


















