Bank

“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb

ASC “Xalq” Bankının Xəzinədarlıq İdarəsinin rəisi vəzifəsindən ayrılıb.

ENA.az xəbər verir ki, vəzifəsindən ayrılan Fərəc Tahir oğlu Axundovdur. Onun yerinə təyinat olmayıb.

O, 2023-cü ilin oktyabr ayından etibarən bankın Xəzinədarlıq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Axundov 2019-2023-cü illər ərzində Birja əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)