Bank

Kapital Bankda rəqəmsal satışlar 80%-ə çatdı

Azərbaycanın bank sektorunda müxtəlif istiqamətlər üzrə ilk üçlükdə yer alan KapitalBank xidmətlərində süni intellekt və avtomatlaşdırma tətbiqini genişləndirən aparıcı maliyyə qurumlarından biri kimi çıxış edir.

Bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bildirib ki, kredit portfelinin satışlarının 80 faizi artıq rəqəmsal kanallar üzərindən həyata keçirilir. Bu, bankın texnoloji transformasiya istiqamətində əldə etdiyi nəticələrin göstəricisi kimi qiymətləndirilir.

Qeyd olunub ki, cari hesablar üzrə yığım əmanətlərinə 7–7,5 faiz aralığında təklif edilən gəlirlilik bankın likvidlik mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradıb.

İstehlak məhsulları seqmentində liderlərdən biri olan bankın rəqəmsal biznes platforması – Birbank Biznes üzrə müştəri bazası da artmaqda davam edir. Son məlumata görə, platformanın istifadəçi sayı 214 minə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)