Bank

Zirvədə sabitlik, ortada silkələnmə: Depozit portfeli üzrə RENKİNQ

Azərbaycan bank sektorunda depozit portfeli üzrə zirvədə dəyişiklik yoxdur – bazarın iki nəhəngi mövqelərini qoruyur. ABB və Kapital Bank depozit bazarının əsas yükünü daşımaqda davam edir və hər iki bankın portfelində artım müşahidə olunur. Bu isə müştəri etimadının hələ də iri oyunçuların tərəfində olduğunu göstərir. Xüsusilə Kapital Bankın 206.6 milyonluq artımı onun kütləvi müştəri bazasına və güclü retail strategiyasına söykəndiyini göstərir. ABB isə daha konservativ, lakin stabil artım trayektoriyasını qoruyur.

Lakin üçüncü yerdə qərarlaşan PAŞA Bank üçün eyni sözləri demək çətindir. Bankın depozit portfeli ciddi şəkildə azalıb. Bu azalma təsadüfi deyil – iri korporativ müştərilərlə işləyən banklar üçün depozit dinamikası daha dəyişkən olur və burada hər bir iri müştərinin qərarı ümumi mənzərəni dəyişə bilər.

Orta seqmentdə isə daha maraqlı proseslər gedir. Xalq Bank, Bank Respublika, AccessBank və Yelo Bank kimi oyunçuların əksəriyyətində azalma var. Bu, bazarda orta ölçülü bankların depozit uğrunda mübarizəsinin sərtləşdiyini göstərir. Müştərilər ya daha böyük banklara yönəlir, ya da alternativ maliyyə alətlərinə maraq artır.

Bunun fonunda bəzi banklar səssiz şəkildə irəliləyir. Məsələn, Bank of Baku, Ziraat Bank Azərbaycan və Azərbaycan Sənaye Bankı depozit portfelini artırmağı bacarıb. Bu artım onların daha çevik strategiya seçdiyini və depozitlərə daha yüksək faizlər vəd etməsi ilə bağlıdır.

PAŞA Bank (-641.4 mln), Bank Respublika (-203 mln) kimi iri oyunçuların ciddi azalma göstərməsi artıq texniki yox, strateji dəyişikliklərə işarə edir. Bu banklardan böyük korporativ depozitlərin çıxışı artıq biznesin hədəfləri ilə bağlıdır.

Mənfi zonada olan bankların çoxluğu (10-dan çox bank) onu göstərir ki, bazarda depozitlər sadəcə artmır – yer dəyişir. Yəni pul sistem daxilində qalır, amma banklar arasında yenidən bölüşdürülür.

Banklar

I rüb 2026 (mln manat)

I rüb 2025 (mln manat)

Dinamika

% ilə    

1

ABB ASC

9009.7

8892.9

1

2

Kapital Bank ASC

8495.2

8288.7

2

3

PAŞA Bank ASC

6910.7

7552.1

-8

4

Xalq Bank ASC

1893.8

1921.3

-1

5

Azər Türk Bank ASC

1563.3

1554.2

1

6

Unibank KB ASC

1378.5

1377.9

0

7

Bank Respublika ASC

1154.2

1357.2

-15

8

AccessBank QSC

1096.5

1132.4

-36

9

Yelo Bank ASC

1064.2

1094.3

-3

10

Rabitəbank ASC

836.3

878.3

-5

11

Bank of Baku ASC

813.2

740.3

10

12

Ziraat Bank Azərbaycan ASC

706.8

682.7

4

13

Azərbaycan Sənaye Bankı ASC

520.5

475.6

9

14

Yapı Kredi Bank Azərbaycan QSC

503.2

527.7

-5

15

TuranBank ASC

446.8

468.5

-5

16

Premium Bank ASC

374.1

394.2

-5

17

Expressbank ASC

307.9

311.4

-1

18

AFB Bank ASC

274.3

226.4

21

19

Bank VTB (Azərbaycan) ASC

108.6

101.8

7

20

Bank Avrasiya ASC

72.8

71.5

2

21

Bank Melli İran Bakı filialı

37.4

37.1

1

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)