Kapital Bank 1 milyon şübhəli tranzaksiyanı bloklayıb
Kapital Bank ötən il ərzində 1 milyon tranzaksiya əməliyyatını bloklayıb və 32 mindən çox müştəri hesabına yönəlmiş dələduzluq cəhdlərinin qarşısını alıb.
Bu barədə bankın Baş risk inzibatçısı Ağarza Baxşıyev məlumat verib. Onun sözlərinə görə, son dövrlərdə dələduzluq hücumlarının xarakteri daha da mürəkkəbləşib və istifadəçiləri aldatmağa yönəlmiş daha hiyləgər kontentlər ortaya çıxır.
A.Baxşıyev bildirib ki, bank tərəfindən 40 mindən çox mobil cihazda zərərli proqram təminatı aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, ötən il ərzində bank sistemlərinə 10 mindən çox kiberhücum qeydə alınıb və onların qarşısı uğurla alınıb.

















