Onkoloji xəstəliyə tutulan şəxslərin müalicəsinə 130,2 milyon manat ayrılır
2027-ci ildə Milli Onkologiya Mərkəzi üçün 64,3 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,6 milyon manat olmaqla, cəmi 65,9 milyon manat vəsait yönəldiləcək.
ENA.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bu vəsait onkoloji xəstəliyə tutulan şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Hesabat ilində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,6 milyon manat vəsait ayrılacaq.
2027-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində bir sıra tədbirlərin maliyyələşdirilməsi üçün 99,6 milyon manat vəsait nəzərdə tutulub.

















