Dövlət büdcəsində 9 ayda 3,96 milyard manat profisit yaranıb
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat, xərcləri isə 25 milyard 348,2 milyon manat təşkil edib. Nəticədə büdcədə 3 milyard 963,9 milyon manat profisit yaranıb.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Mərkəzi Bankın statistik bülletenində göstərilən rəqəmlərə əsasən, profisitin ÜDM-də xüsusi çəkisi 3,9 faiz olub.



















