"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
2027-ci il dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat proqnozlaşdırılır
2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması proqnozlaşdırılır. Layihəyə əsasən, büdcə kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyən edilib.
Gəlirlərin 38 milyard 518,4 milyon manatının mərkəzləşdirilmiş, 735,6 milyon manatının isə yerli gəlirlər hesabına formalaşacağı nəzərdə tutulur. Xərclərin də 41 milyard 664,4 milyon manatı mərkəzləşdirilmiş, 735,6 milyon manatı yerli xərclər olacaq.
Layihədə kəsirin özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının sərbəst qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.



















