MALİYYƏ

Dövlət büdcəsindən müdafiə və təhlükəsizliyə 8,8 milyard manat ayrılması planlaşdırılır

2027-ci il dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8 milyard 816,4 milyon manat nəzərdə tutulub. Bu, 42,4 milyard manatlıq büdcə xərclərinin təxminən 20,8 faizidir.

ENA.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

İqtisadi fəaliyyət xərcləri 8 milyard 907,3 milyon manat, təhsil xərcləri 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri isə 4 milyard 914 milyon manat proqnozlaşdırılır.

Səhiyyə sektoruna 2 milyard 84,1 milyon manat, kənd təsərrüfatına 1 milyard 379,5 milyon manat, ətraf mühitin mühafizəsinə isə 438,6 milyon manat ayrılması layihədə əksini tapıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)