Birja

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşır (24.10.2026)

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,64 ABŞ dolları və ya 3,81% artaraq 126,59 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 121,95 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)