Birja

Rusiyadan dizel tədarükü gözləntiləri neftin qiymətini aşağı salıb (13.10.2026)

Dünya bazarlarında neftin qiyməti Rusiyadan dizel tədarükünün artacağı gözləntiləri və Rusiya-Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ehtimalı fonunda geriləyib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 1,47% ucuzlaşaraq bir barel üçün 103,18 dollara, ABŞ-ın “WTI” markalı neftinin qiyməti isə 1,68% azalaraq 90,31 dollara düşüb. Dizel qiymətlərini izləyən ICE gasoil fyuçersləri də 3% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın ABŞ və dünya bazarlarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı tədarük edəcəyini açıqlayıb. Rusiya hökuməti də dizel ixracına tətbiq olunan qadağanı qismən yumşaldaraq ilk mərhələdə 500 min ton yanacağın dünya bazarlarına çıxarılmasına imkan yaradıb.

Bununla belə, Yaxın Şərqdəki münaqişələr və Hürmüz boğazında tanker daşımalarına qarşı hücumlar neft tədarükü ilə bağlı riskləri artırır. Bu amillər qiymətlərin enişini məhdudlaşdıra bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)