Azərbaycanda yeni məktəb və bağçalar tikiləcək – 5.5 milyon manatlıq layihə
Təhsil müəssisələrinin tikintisi və təmirinə dair 5,5 milyon manatlıq layihələr hazırlanacaq.
ENA.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müxtəlif rayonlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün bir neçə satınalma elan edib.
Ümumilikdə 7 satınalmanın ehtimal olunan qiyməti 5 540 941,65 manat təşkil edir.
Satınalmalar çərçivəsində aşağıdakı işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur:
Göyçay və Kürdəmir Peşə Liseyləri, Balakən Dövlət Peşə Təhsil Mərkəzi – 769 163,32 manat;
Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, həmçinin Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçaları – 683 967,30 manat;
Masallı Peşə Məktəbi, Saatlı və Qusar Peşə Liseyləri – 802 793,32 manat;
BMU və SDU-nun nəzdində Peşə Təhsil Mərkəzləri və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Zabrat korpusu – 818 526,66 manat;
Şamaxı Peşə Liseyi, Yevlax Peşə Məktəbi və Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmiri – 919 416,66 manat;
Ağcabədi Peşə Məktəbi, Sabirabad Peşə Liseyi və Salyan Peşə Liseyinin əsaslı təmiri – 818 526,66 manat;
Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, 960 yerlik tam orta məktəblər – 728 547,73 manat



















