Birja

Çinin yanacaq ixracını dayandırması neft qiymətlərini yüksəldib (02.10.2026)

Neftin qiyməti Çinin yanacaq ixracını məhdudlaşdırması və ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməyə hazırlaşması ilə bağlı xəbərlərin təsiri altında cümə günü yüksəlib.

ENA.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,28% artaraq 1 barel üçün 102,60 dollara, WTI markalı neft isə 0,29% bahalaşaraq 93,14 dollara yüksəlib. Brent əvvəlki sessiyada 4 dollardan, WTI isə 2 dollardan çox bahalaşmışdı.

Çinin oktyabr ayında bəzi benzin, dizel və aviasiya yanacağı ixracını dayandırması qlobal yanacaq bazarında təklifin daha da məhdudlaşacağı ilə bağlı narahatlıqları artırıb. Pekinin bu qərarı daxili bazarda yanacaq təminatını dəstəkləmək məqsədi daşıyır.

Bazar iştirakçıları həmçinin ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvələr və üçüncü aviadaşıyıcı göndərməsi ilə bağlı xəbərləri izləyir. ABŞ administrasiyasının Avropadakı dizel ehtiyatlarının azaldılmasını istədiyi də bildirilir.

Çinin ixrac məhdudiyyətlərinin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil. Pekinin 7 oktyabrda başa çatacaq bayram tətilindən sonra rafinerilərin ixracına yenidən icazə verib-verməyəcəyi qeyri-müəyyən olaraq qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)