Mərkəzi Bankın valyuta ehtiyatları 1 ildə 4 milyard dollardan çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib.
ENA.az quruma istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 33,4 %, son 1 ildə isə 35,8 % artıb.



















