Sağlamlıq

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.

2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

Qeyd edək ki, bu gün Ümumdünya Ürək Günüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)