Qızılın qiyməti son iki ayın minimumuna enib (28.09.2026)
Dünya bazarında qızılın qiyməti ucuzlaşaraq avqustun 5-dən bəri ilk dəfə 4 250 dollardan aşağı düşüb.
ENA.az xəbər verir ki, bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasının ticarət məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qızılın fyuçerslərinin qiyməti 1,74 faiz azalaraq bir troya unsiyası üçün 4 246,2 dollar təşkil edib.
Saat 05:20-də isə ucuzlaşma tempi zəifləyib. Qızılın qiyməti 1,61 faiz azalma ilə 4 251,7 dollar səviyyəsində qərarlaşıb.


















