Tramp İrana sanksiyaların yumşaldılması barədə məlumatı təkzib edib
ABŞ Prezidenti Donald Tramp Axios portalının onun İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri açmağa hazır olduğu barədə məlumatını təkzib edib.
ENA.az xəbər verir ki, ABŞ lideri bununla bağlı "Truth Social" hesabında paylaşım edib.
"Axios" indicə ‘Tramp İrana sanksiyaların yumşaldılmasını və aktivlərin dondurulmasının açılmasını təklif edib" başlıqlı məqalə yayıb. Bu, həqiqətə uyğun deyil. Mən onlara heç nə təklif etməmişəm! "Axios"un məqaləsi, əksər digər məqalələr kimi, yalnız onların Trampa qarşı nifrət sindromunu təmin etmək məqsədi daşıyan yalandır. Onlar bu yalan məqaləni dərhal silməlidirlər!" – deyə o yazıb.
Bundan əvvəl "Axios"un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən Trampın "nüvə sahəsində konkret irəliləyiş" müqabilində İrana sanksiyaların yumşaldılmasını və dondurulmuş vəsaitlərin açılmasını təklif etməyə hazır olduğunu bildirmişdi.

















