Səudiyyə Ərəbistanının ixracı bərpa olunur, neft ucuzlaşır (21.09.2026)
Neftin qiyməti diplomatiya gözləntiləri ilə 2%-dən çox ucuzlaşıb
Neftin qiyməti Yaxın Şərqdə diplomatik danışıqların mümkünlüyünə dair gözləntilər və Səudiyyə Ərəbistanının tədarükündə qismən bərpa fonunda ucuzlaşıb.
ENA.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2,08% azalaraq bir barel üçün 101,71 dollara, Qərbi Texas nefti (WTI) isə 2,14% geriləyərək 98,15 dollara düşüb. Hər iki göstərici sentyabrın 10-dan bəri ən aşağı səviyyəyə enib.
Bazar iştirakçıları ABŞ və İran arasında diplomatik danışıqların mümkünlüyünü, eləcə də Yaxın Şərqdə münaqişənin neft tədarükünə təsirini izləyirlər. ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu bildirib.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının neft ixracında qismən bərpa müşahidə olunur. Kpler-in ilkin məlumatlarına əsasən, ölkənin sentyabr ayında gündəlik neft ixracı 4 milyon bareli ötüb.

















