Neftin qiyməti alternativ tədarük gözləntiləri ilə ucuzlaşıb (18.09.2026)
Neftin qiyməti Yaxın Şərqdən alternativ tədarük imkanlarına dair gözləntilər fonunda üçüncü sessiyada da geriləyib.
ENA.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri təxminən 1% ucuzlaşaraq 103,77 dollara, Qərbi Texas nefti (WTI) isə 100,88 dollara düşüb. Bununla belə, hər iki göstərici bir barel üçün 100 dollardan yuxarı qalmaqda davam edib.
Səudiyyə Ərəbistanının Oman sahillərində gəmidən-gəmiyə transfer yolu ilə Asiya emal zavodlarına əlavə neft tədarükü həyata keçirməsi gözlənilir. Bu addım boru kəmərinə edilən hücumlar nəticəsində yaranan tədarük məhdudiyyətlərinin bir hissəsini kompensasiya edə bilər.
Bazar iştirakçıları Yaxın Şərqdəki hərbi qarşıdurmanın neft tədarükünə təsiri ilə bağlı narahatlıqları izləyirlər. Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin tutumunun təxminən yarısını bir neçə gün ərzində bərpa etməyi hədəflədiyi bildirilir.

















