Birja

Qızılın qiyməti Fed qərarı və neftin ucuzlaşması fonunda yüksəlib (17.09.2026)

Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz qərarı və neft qiymətlərinin ucuzlaşması fonunda 1%-dən çox artıb.

ENA.az xəbər verir ki, spot qızılın qiyməti 1,1% yüksələrək bir unsiya üçün 4 310,49 ABŞ dollarına çatıb. ABŞ-da qızılın fyuçers qiyməti isə dekabr tədarükü üzrə təxminən 1% azalaraq 4 348,70 dollar olub.

Neft qiymətlərinin Səudiyyə Ərəbistanının əlavə xam neft tədarükü ilə bağlı xəbərlərdən sonra geriləməsi də qızılı dəstəkləyib. Analitiklər neftin ucuzlaşmasının orta müddətli perspektivdə qızılın qiymət artımına şərait yarada biləcəyini bildirirlər.

Bununla yanaşı, Fed-in faiz artımı və gələcəkdə əlavə sərtləşdirmə siqnalları qızıl bazarında təzyiq amili olaraq qalır. Yüksək faiz dərəcələri gəlir gətirməyən aktiv kimi qızılın cəlbediciliyini azaldır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)