Avtomobil

Volkswagen daha 50 min əməkdaşını ixtisar edəcək

Almaniyanın avtomobil istehsalçısı Volkswagen yenidən strukturlaşma planı çərçivəsində daha 50 min iş yerini ixtisar etməyi planlaşdırır.

ENA.az xəbər verir ki, şirkətin Müşahidə Şurası CEO Oliver Blume tərəfindən hazırlanan restrukturizasiya planını yekdilliklə təsdiqləyib. Bununla Volkswagen-də ümumi ixtisarların sayının 100 minə çatacağı gözlənilir.

Şirkət həmçinin 2035-ci ilə qədər törəmə şirkətlərindəki paylarını azaltmağı və avtomobil modellərinin sayını təxminən 50% ixtisar etməyi planlaşdırır.

Volkswagen yüksək xərclər, zəif tələbat və xüsusilə Çin avtomobil istehsalçılarının artan rəqabəti fonunda səmərəliliyi artırmağı hədəfləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)