Bank

“AFB Bank”ın İdarə Heyətinə təyinat olub

“AFB Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilir.

Bununla bağlı Müşahidə Şurasının qərar qəbul edib.

Qərara əsasən Ruqiyyə Əliyeva Adil qızı müvafiq vəzifəyə seçilib və bununla da İdarə Heyətinin üzvlərinin ümumi sayı sədrlə birlikdə üçə yüksəlib.

Rüqiyyə Əliyeva bankçılıq, mikrofinans, telekommunikasiya və audit sahələrində böyük təcrübəyə malikdir. 2023-cü ilin dekabr ayından 2026-cı ilin avqustuna qədər “FINCA Azerbaijan” BOKT-də Baş Maliyyə Direktoru (CFO) və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bundan əvvəl “AccessBank” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) kimi maliyyə institutlarında rəhbər maliyyə vəzifələrində çalışmışdır.

O, maliyyə strategiyası, likvidlik idarəetməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, büdcələmə və hesabatlılıq sahələrinə rəhbərlik edir və bank sektorunda həm mikrofinans, həm də korporativ bankçılıq istiqamətlərində geniş təcrübəyə malikdir.

Rüqiyyə Əliyeva IE Business School-da Executive MBA dərəcəsi almış və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)