Birja

Bitcoin yenidən 80 min dollara doğru irəliləyir

Bitcoinin qiyməti spot ETF-lərə pul axınının bərpası və qlobal bazarlarda risk iştahının artması fonunda yüksələrək 80 min dollar həddinə yaxınlaşıb.

Məlumata görə, Bitcoin gün ərzində 3,1% bahalaşaraq 79 739 dollara yüksəlib.

Kriptovalyuta son üç gündə 20%-dən çox bahalaşaraq 2023-cü ildən bəri ən güclü üçgünlük artımını göstərib. Bu dövrdə bazarda 4 milyard dollardan çox qısa mövqe bağlanıb.

Bitcoinin bahalaşmasına ABŞ-da spot Bitcoin ETF-lərinə vəsait axınının yenidən artması, eləcə də investorların riskli aktivlərə marağının güclənməsi dəstək verib.

Hazırda bazarın əsas diqqəti Bitcoinin 80 min dollarlıq psixoloji həddi keçib-keçməyəcəyinə yönəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)