Kirayə mexanizmi ilə mənzil alanların 49 faizi özəl sektorda çalışanlardır
Azərbaycanda dövlətə məxsus olan 9 min 546 mənzil kirayə mexazmi ilə əhalinin istifadəsinə verilib.
ENA.az xəbər verir ki, bu barədə jurnalistlərə İpoteka Kredit Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktoru Aslan Zeynalov məlumat verib. Onun sözlərinə görə, kirayə mexanizmi ilə mənzil alanların 49 faizi özəl sektorda çalışan vətəndaşlardır.
A.Zeynalov əlavə edib ki, bu il 476 kirayə müqaviləsi rəsmiləşdirilib. Kirayə mexanizmi ilə alınan mənzillərin 43 faizi Abşeron yarmadasının payına düşür. Bu üsulla ən çox bir otaqlı mənzillər alınıb. İndiyə qədər Bakı şəhərində 8 ünvanda kirayə mexaznimi ilə mənzillər təklif edilib.

















