Rusiya Azərbaycana turist axınını bir milyon nəfərə çatdırmağı planlaşdırır
Rusiya Azərbaycana gələn turistlərin sayını bir milyon nəfərə çatdırmağı hədəfləyib.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə çıxışı zamanı bildirib.
Diplomat bütün sahələrdə əməkdaşlığın maksimum dərəcədə səmərəli qurulmasının vacibliyini vurğulayıb.
"Qonşu İran ətrafındakı vəziyyətlə əlaqədar turist axını bir qədər azalıb. Lakin biz onun bərpasına, gələn il və ya bir ildən sonra Azərbaycana gələn rusiyalı turistlərin sayının bir milyon nəfərə çatacağına ümid edirk. Rusiya tərəfi ölkədən turist axınının sabit şəkildə artması istiqamətində səy göstərir", - M.Yevdokimov bəyan edib.


















