Neft Fondunda istiqraz, daşınmaz əmlakın payı azaldı, qızılın payı artdı
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 33,1 % təşkil edib. Bu, ötən il aprelin 1-i ilə müqayisədə 9,5 faiz bəndi azdır.
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 15,7 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.
Hesabat dövründə 1-3 illik istiqrazların payı 1,9 faiz bəndi artaraq 30,9 %, 3-5 illik istiqrazların payı 4 faiz bəndi artaraq 28,7 %, müddəti 5 ildən artıq olan istiqrazların payı isə 2,8 faiz bəndi azalaraq 24,7 % olub.
Hesabat dövründə Fondun investisiya portfelində səhmlərin payı isə dəyişməyərək 24,8 % qalıb.
Əvəzində portfeldə qızılın payı 25,8 %-dən 35,6 %-ə çatıb, daşınmaz əmlakın payı isə 6,8 %-dan 6,5 %-ə düşüb.


















