Qeyri-Bank

Azərbaycan BOKT-u rebrendinq edib

"MJ Financial Services" ASC bank olmayan kredit təşkilatı (BOKT) adını "MJ Finance"a dəyişib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,1 milyon manatdır. BOKT-un təsisçiləri 70 % payla Camal Aydınov və 30 % payla Mədəd Rüstəmovdur. Onlar eyni zamanda Azərbaycanın kollektor agentliyi "KollektA" ASC-nin səhmlərinin ayrı-ayrılıqda 40 %-nə nəzarət edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)