Azərbaycanda tədiyyə balansının kəsiri artıb
2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Xatırladaq ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olub.
"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman BOP6 (Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMB rəsmisi əlavə edib.


















