Vergi Xidmətində təyinatlar: Şahin Məmmədova və yeni vəzifə verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) bir sıra kadr dəyişiklikləri olub.
DVX rəisi Orxan Nəzərlinin əmri ilə Şahin Məmmədov qurumun Media və kommunikasiya idarəsinə rəis müavini təyin edilib.
Məlumata görə, Şahin Məmmədov bu təyinata qədər DVX-nın Media şöbəsinin rəisi olub. Şahin Məmmədovun bu təyinata qədər tutduğu Media şöbəsinin rəisi vəzifəsinə isə Günel Bəhramqızı təyin olunub.


















