MALİYYƏ

Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır

2027-ci il Azərbaycanda dövlət büdcəsində əməyin ödənişi xərclərinə 11 milyard 891,3 milyon manat ayrılması nəzərdə tutulur.

ENA.az xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə 16 % çoxdur.

Bundan başqa, gələn il qrantlar və digər ödənişlərə 3 milyard 409,1 milyon manat (3,1 % çox), sosial ödənişlərə 3 milyard 462 milyon manat (0,7 % çox), dövlət icbari şəxsi sığorta xərclərinə 59,1 milyon manat, qeyri-maliyyə aktivlərinin alınmasına 12 milyard 797,2 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlara 1 milyard 2,8 milyon manat, öhdəliklər üzrə əməliyyatlara 1 milyard 200,7 milyon manat (11,5 % çox) vəsait nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)