Neft Fondunun aktivlərinin artacağı gözlənilir: 2030-cu il üçün proqnoz açıqlanıb
Baza ssenarisinə əsasən, 2030-cu ildə Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 78,3 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
ENA.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb. Ekstremal ssenarilərdə bu göstəricinin 8 milyard dollaradək fərqlənə biləcəyi gözlənilir.
Sənədə əsasən, ortamüddətli dövrdə dövlət büdcəsinə transfertlərin azaldılması hesabına neftin əlverişsiz qiymətləri şəraitində belə Fondun aktivlərinin qorunması nəzərdə tutulur.
Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 0,6 % artım deməkdir.



















