Bank

Laqard vəzifəsindən verir

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb.

ENA.az xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib.

Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrında başa çatmalı idi. 

Laqard qərarı barədə AMB-nin İdarə Heyətini və Avropa Şurasının prezidenti Antonio Koştanı məlumatlandırıb. Onun varisinin Avropa Şurası tərəfindən müəyyən edilmiş prosedura uyğun olaraq təyin ediləcəyi bildirilib. 

Xatırladaq ki, Kristin Laqard 2019-cu ilin noyabrında AMB-nin prezidenti vəzifəsinə başlayıb. O, bundan əvvəl Beynəlxalq Valyuta Fonduna rəhbərlik edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)