Birja

ABB-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

26 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ENA.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.10.2026-cı il tarixində başlayacaq və 08.11.2026-cı il tarixində bitəcək.

Qeyd edək ki, Emitentin müraciətinə əsasən və Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumatlandırılmaqla, Listinq Qaydalarının 3.8-ci bəndində qeyd edilən (“Emitent tərəfindən qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə olduqda, abunə yazılışının başlanmazdan əvvəl Birjada ticarətə qəbula icazə alınmalıdır və abunə yazılışının başlanmazdan ən azı 2 (iki) iş günü əvvəl Birjaya (elektron məktub və ya kağız daşıyıcıda bildirilməlidir”) 2 iş günü müddətinə istisna verilib.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2010004581
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 50,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 5,000,000 manat
İllik gəlirlilik faizi 8.5%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 1 il
Ticarətə buraxılma tarixi Emitent tərəfindən bildiriləcək
Anderrayter ABB-İnvest İnvestisiya Şirkəti” QSC
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)