İranda dolların məzənnəsi tarixi maksimuma çatıb
İranda dolların sərbəst bazarda satış məzənnəsi tarixi maksimuma yüksələrək 240 min tümən həddinə çatıb.
ENA.az xəbər verir ki, “pashizi.com” saytının məlumatına görə, dolların məzənnəsi 240 min tümənə yüksəlib. Bununla da İranın milli valyutası tümən dollar qarşısında sərbəst bazarda tarixinin ən aşağı səviyyəsinə geriləyib.
Tümənin kəskin ucuzlaşması ABŞ-ın ağır sanksiyaları ilə üzləşən İranda illik inflyasiyanın 61,4%-ə yüksəldiyi dövrə təsadüf edib.
Rəsmi məlumatlara görə, ölkədə ərzaq qiymətləri illik ifadədə 128,1% artıb.

















