Nazir: İki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq üçün bütün qurumlar çalışır
“Türkiyə-Azərbaycanla əlaqələrimizdə iqtisadi sahə əsasdır”.
ENA.az xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi həcminə çatmaq üçün bütün qurumlar çalışır: “Türkiyə-Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə dərinləşir. Qarşıdakı dövrdə də bu sahədə çalışmaları davam etdirməkdə qərarlıyıq”.


















