Avtomobil

Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumilikdə 955 milyon 359.58 min dollar dəyərində 48 398 ədəd avtomobil idxal olunub.

ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkəyə 16 milyon 550.45 min dəyərində 637 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Bundan əlavə, dövr ərzində Azərbaycana xarici ölkələrdən 44 milyon 699.8 min dollar dəyərində 4 745 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 50 milyon 874.05 min dollar dəyərində 430 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)