MALİYYƏ

Azərbaycanda səhiyyə xərcləri artırılır

2027-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat olması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9 % çoxdur.

Səhiyyə xərclərinə icmal büdcədə isə 3 milyard 962,8 milyon manat ayrılması planlaşdırılır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)