İnşaat və əmlak

"Diadem" tikinti şirkətinin yığılmış zərəri 10 milyon manata çatıb

Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2025-ci ili 6,47 milyon manat xalis zərərlə başa vurub.

Səhmdar cəmiyyətin maliyyə hesabatına görə, bu, 2024-cü illə müqayisədə 17,55 % çoxdur. Son nəticədə şirkətin yığılmış zərəri 2,85 dəfə artaraq 9,979 milyon manata çatıb.

Ötən il "Diadem"in vergiyəqədərki zərəri 8,087 milyon manat (əvvəlki ilə nisbətən 17,55 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 1,617 milyon manat (17,55 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Diadem"in aktivləri 115,944 milyon manat olub ki, bu da illik müqayisədə 1,35 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7 % artaraq 122,822 milyon manata, balans kapitalının çatışmazlığı isə 16,8 dəfə artaraq 6,878 milyon manata çatıb.

Xatırladaq ki, "Diadem" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,101 milyon manatdır. Şirkətin səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)