Rusiyanın haker qrupu Norveçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Rusiyanın "Server Killers" haker qrupu Norveçə qarşı kompüter hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
ENA.az NRK telekanalına istinadən xəbər verir ki, bu barədə "Server Killers" sosial şəbəkələrdə məlumat verib.
"Server Killers" Norveçə qarşı kibermüharibə elan etdiyini bildirib və qeyd edib ki, hücumun səbəbi avqustun 23-də Ukrayna ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olub.
Bu gün Norveçin Rəqəmsallaşdırma Agentliyi hücumun hələ də davam etdiyini, lakin xidmətlərin işinin əsasən bərpa edildiyini bəyan edib.

















