"Azəralüminium" 165 milyon manatdan çox gəlir əldə edib
Bu ilin I yarısında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Azəralüminium" MMC 165 milyon manatdan çox gəlir əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur. 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.
Yanvar-iyun aylarında "Azəralüminium" üzrə EBITDA göstəricisi 41 milyon manat təşkil edib, mənfəətlilik göstəricisi 2,5 dəfə artıb.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyə qədər 400 min tondan çox məhsul istehsal edib, 1,8 milyard manatdan artıq dəyərdə məhsul ixrac edib.

















