Gündəm

İran nüvə proqramı ilə bağlı geri addım atmır: "Qırmızı xəttimiz bəllidir"

Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.

ENA.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib.

Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir: "Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)