BİZNES

“Huawei Azərbaycan”nın direktoru dəyişdirilib

Çin kapitallı “Huawei Technologies Azərbaycan” MMC-də rəhbəri dəyişdirilib.

Məlumata görə, Yang Tianxiao şirkətin direktoru  təyin edilib.

O bu vəzifədə Xu Hui-ni əvəzləyib. Xu Hui 2021-ci ildən müvafiq vəzifədə çalışırdı.

“Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)