Mərkəzi Bank: İlin sonunadək yeni makroprudensial alətlər hazırlanacaq
Yaşıl maliyyə taksonomiyası maliyyə bazarının beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan 8-ci DİM Dialoqu çərçivəsində deyib.
O bildirib ki, taksonomiya yaşıl kapitalın cəlb edilməsinə və bazarda şəffaflığın artırılmasına kömək edəcək:
“Bundan əlavə, Mərkəzi Bank iqlim risklərinin idarə olunması üzrə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərini və təlimatlarını tətbiq edib. Bu çərçivədə maliyyə institutlarından ESG meyarlarını strategiyalarına və korporativ idarəetmə sistemlərinə inteqrasiya etmələri tələb olunur.
Bu ilin aprel ayında prudensial tənzimləmə çərçivəsinə ESG və iqlim riskləri ilə bağlı dəyişikliklər edilib. Korporativ idarəetmə tələbləri də ESG prinsipləri və açıqlama öhdəliklərini əhatə edəcək şəkildə yenilənib.


















