İqtisadiyyat

Azərbaycan investorlara innovasiya tərəfdaşlığı təklif edir

Azərbaycan investorlara innovasiya tərəfdaşlığı təklif edir

Ölkələr arasında rəqabət artıq daha çox innovasiya və yeni texnologiyalar üzərində qurulur.

Bunu İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasını qəbul edib və bu istiqamətdə mühüm addımlar atır.

Philip Morris Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən TECHOVATION Summit tədbirində çıxış edən müşavir vurğulayıb ki, ən böyük kapital insan kapitalıdır.

“Biz investorlara ən əsası böyük ambisiya təklif edirik. Azərbaycan gələcəyin sənayesini və innovasiyalarını formalaşdırmaq üçün sizə tərəfdaşlıq təklif edir”, – deyə H.Hüseynov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)