Proqram həlləri

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

Prezident İlham Əliyev son vaxtlar kənd təsərrüfatı istehsalında dinamikanın onu qane etmədiyini bildirib.

ENA.az xəbər verir ki, bu barədə dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir", - Prezident qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)