“Yeni Klinika”nın direktoru vəzifəsindən azad edildi
“Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.
ENA.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Barat Yusubovun özü məlumat verib.
O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: “Məlumat doğrudur, artıq “Yeni Klinika”nın direktoru deyiləm”.
Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost.az yayıb.


















