IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2026-cı il üçün illik inflyasiyanı 6 % səviyyəsində, 2027-ci ildə isə 5,1 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
ENA.az Fondun aprel ayı üçün "Dünya iqtisadiyyatının perspektivləri" adlı hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üzrə inflyasiya proqnozu 0,8 faiz bəndi, 2027-ci il üzrə isə 1,1 faiz bəndi artırılıb.


















