Qeyri-Bank

Bitcoin-də toparlanma. 63 min dollardan 70 minə qalxdı

Kriptovalyuta bazarı ötən həftə yaşanan satış dalğasından sonra tarazlaşma əlamətləri göstərməyə başlayıb. Bu proses fonunda Bitcoin qiymətində müəyyən bərpa (toparlanma) müşahidə olunur.

Bununla belə, analitiklər mövcud yüksəlişin uzunmüddətli və dayanıqlı olub-olmadığı məsələsində ehtiyatlı mövqe sərgiləyirlər.

CoinGecko-nun məlumatlarına əsasən, kriptovalyuta bazarının lideri olan Bitcoin cümə günü qeydə alınan 62 822 dollar səviyyəsindən təxminən 12 faiz bahalaşaraq hazırda 70 998 dollar səviyyəsində ticarət olunur. Bu yüksəliş ABŞ-lı investorlar arasında risk iştahının artması ilə eyni vaxta təsadüf edib.

Seul mərkəzli Tiger Research şirkətinin baş analitiki Ryan Yun bildirib ki, mövcud sıçrayış əsasən qısa mövqelərin bağlanması fonunda formalaşan güclü texniki reaksiya xarakteri daşıyır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)