Qızıl bahalaşmaqda davam edir (13.11.2025)
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.46 faiz artaraq 4214.53 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.66 faiz artaraq 54.154 ABŞ dolları təşkil edib.


















