Vüqar Gülməmmədov: 2026-cı il büdcəsində dövlət proqramları və borc yükü ilə bağlı risklər var
Büdcə zərfində dövlət proqramları ilə bağlı əks etdirilmiş cəmi məbləğin dəqiqləşməsinə ehtiyac vardır. Bəzi proqramların monitorinq və qiymətləndirməsi xərcləri dövlət-büdcə layihəsində ayrıca sətirlə əks olunsa da, bu məqsədli proqramlarla bağlı təqdim olunmuş siyahıda öz əksini tapmayıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
"İcra müddəti 2026-ci ili əhatə edən və icrası mütamadə davam edən hüquqi aktıara əsasən maliyyələşmə mənbəyi dövlət büdcəsi olan bəzi dövlət proqramları növbəti dövlət büdcə layihəsində ümumiyyətlə əks olunmayıb. Büdcə kəsirinin 2.6 milyard manatının borclanmadan cəlb olunan vəsaitlər hesabına maliyyələşməsi nəzərdə tutulub. Kəsirin maliyyələşməsində borclanmanın əsas mənbə kimi ön plana çıxması, orta və uzaq müddətli perspektivində borc yükünün artmasını şərtləndirməklə risk amili kimi qiymətləndirilə bilər." (Teleqraf)
















